Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:01

Bu gün Qurban bayramıdır




Bu gün İslam aləmində iki ən böyük bayramdan biri saylan Qurban bayramı qeyd olunur. İslam aləmində daha bir önəmli bayram isə, Qurani-Kərimin həmin ay nazil olduğu Ramazan bayramı sayılır. Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə əsasan, qoç, inək, dana və ya dəvə kəsilir.
İslam adət-ənənələrinə görə qurbanlığın əti əsasən 3 hissəyə bölünür. Birinci hissə kasıblara, ikinci hissə qonum-qonşulara paylanılır, üçüncü hissəsini isə qurban sahibi öz ailəsinin ehtiyacları üçün saxlayır.
Bir sözlə İslamın ən böyük özəlliyi sayılan paylaşmaq bu bayramda özünü qabarıq şəkildə büruzə verir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanununa əsasən Qurban bayramı ölkədə dövlət səviyyəsində keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, bu il 16 və 17 noyabr Azərbaycanda Qurban bayramı kimi qeyd olunur.
XS
SM
MD
LG