Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:48

Kadırov xaricdəki çeçenləri hədələyir


Avstriyada millət vəkili noyabrın 15-də bildirib ki, Çeçenistanın prezidenti Ramzan Kadırov öz agentlərini bu ölkəyə göndərərk ora sığınan çeçenləri təhdid edir.

Yaşıllar Partiyasından olan deputat Peter Pilz keçirdiyi mətbuat konfransında deyib ki, Kadırovun agentləri Avstriyadakı çeçenləri onun rəhbərlik etdiyi Kreml rejimini tənqid etməkdən çəkindirir. Onun sözlərinə görə Avstriyanın əks-kəşfiyyat idarəsi Kadırovun göstərişi ilə Avstriyaya gəlmiş 30-a qədər belə terrorçunu müəyyən edib.

Noyabrın 15-də çeçen dissident Umar İsrailovun qətli ilə bağlı Avstriyada məhkəmə başlayacaq. Onu 2009-cu il yanvarın 13-də Vyana yaxınlığında qətlə yetiriblər.

İsrailov Kadırovun təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı olub. Sonradan qaçaraq Avstriyadan siyasi sığınacaq istəyib. Kadırov onun qətlində hər hansı formada iştirakını inkiar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG