Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:36

Sosialistlər yenə qalib gəldilər


Yunanıstanda ölkəni bürüyən borc böhranına baxmayaraq yerli seçkiləri yenə də hakimiyyətdə olan Sosialist Partiyası udub. Noyabrın 14-də keçirilmiş bələdiyyə seçkisində bu partiya paytaxt Afinada və ölkənin ikinci böyük şəhəri Thessalonkidə mer seçkisində qalib gəlib. Ölkənin ikinci şəhərində bu partiya son 24 ildə ilk dəfədir ki, mer seçkisini udur.

Baş nazir bu qalibiyyəti onların ölkənin borc probleminin həlli üçün həyata keçirdikləri mübahisəli qənaət planına vətəndaşların dəstəyinin nümayiş etdirilməsi kimi qiymətləndirib.

Yunanıstan hökuməti ölkəni bürüyən böhrandan xilas üçün Avropa Birliyindən 110 milyard avro yardım əvəzinə ciddi qənaət proqramı həyata keçirir. Dövlət xərclərinin azaldılmasını nəzərdə tutan həmin plana görə bu ilin əvvəlində Yunanıstanda aylarla davam edən etiraz aksiyaları keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG