Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38
Alman yazar Charlotte Roche prezident Kristan Vulfa intim təklif edib.

Lent.az-ın “Der Şpigel” jurnalına istinadən verdiyi məlumata görə, bunu yazarın özü jurnala müsahibəsində söyləyib.

Ətraf mühitin qorunması uğrunda mübarizə aparan və ölkədə atom elektrik stansiyalarının (AES) qapadılmasını istəyənlərə qoşulan xanım yazarın yalnız bir şərti var.

Charlotte Roche deyib ki, Almaniya prezidenti hökumətin ölkədəki AES-lərin qapadılmasının 2035-ci ilə qədər təxirə salınması barədə qərarına veto qoyarsa, bu halda məmnuniyyətlə onunla yatağa girər.

32 yaşlı Charlotte Roche erotik romanların müəllifi kimi tanınır. Bəziləri isə onun əsərlərini "təbliğatı yaxşı qurulmuş pornoqrafiya" sayır. 2008-ci ildə onun əsərləri 1 milyon nüsxədən artıq satılıb.

Almaniyada hazırda 17 AES var. 2000-ci ildə Sosial Demokrat Partiyası və Yaşıllar Partiyasının qurduğu koalision hökumət AES-lərin 2021-ci ildə qapadılması barədə qərar qəbul edib.

İndi isə Almaniya hökuməti 13 AES-in bağlanılma müddətinin 2035-ci ilə qədər uzadılması barədə qərar çıxarıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG