Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:56

Binaların istilik enerjisi ilə təmin olunmasına başlanılır


Noyabrın 15-dən qış mövsümünə keçidlə bağlı “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin nəzdində olan binaların istilik enerjisi ilə təmin olunmasına başlanılır. Qurumun mətbuat xidmətinin rəhbəri Rafiq Əliyevə istinadən ANS-in verdiyi məlumata görə, bu qış 346 qazanxana, 125 istilik məntəqəsi işləyəçək:

“Payız-qış mövsümündə “Azəristiliktəchizat” tərəfindən Bakı şəhərində 2300-ə yaxın yaşayış binası, 187 məktəb, 150 uşaq bağçası, 83 səhiyyə obyekti və 183 digər sosial obyektin istiliklə təmin olunması nəzərdə tutulur. Müqayisə üçün deyim ki, qurum yarananda, cəmi 988 bina istilik alırdı, 102 qazanxana var idi, indi isə 386 qazanxana var, 200 dən çox bina istilik alır”.

2010-cu ildə istilik sisteminin yenidən qurulması üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən 19 milyon manat vəsait ayrılıb. Gələn il isə 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
XS
SM
MD
LG