Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:19

Alimlər astronomun qəbrini qazıb ölümün səbəbini təhlil edirlər


Mütəxəssislər Danimarkanın nüfuzlu astronomlarından olmuş, 1601-ci ildə Praqada dəfn edilmiş Tycho Brahenin qəbrini təzədən açıblar. Alimlərdən ibarət qrup astronomun ölümünün əsl səbəbini araşdırmaq istəyirlər.

Meyidin qalıqları qarşıdakı beş gün ərzində təhlil ediləcək və nəticələr gələn ilin əvvəllərində elan olunacaq.

İndiyə qədər olan məlumata görə müasir astronomiyanın banilərindən hesab edilən Tycho Brahe (1546-1601) İmperator II Rudolfla bir məclisdə sidik kisəsinin partlamasından vəfat edib. Amma son vaxtlar alimin zəhərlənməsi barədə məlumatlar meydana çıxıb.

İndi mütəxəssislər 400 il əvvəl basdırılmış cəsədin qalıqlarını analiz edib ölümün əsl səbəbini tapmaq istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG