Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

Bəzi ölkələr Nobel Sülh Mükafatının təqdimat mərasimindən çəkinir


Noyabrın 15-də Nobel İnstitutu xəbər verib ki, bəzi ölkələr builki Nobel Sülh Mükafatının gələn aya planlaşdırılan təqdimat mərasimində iştirak etməyə çəkinir. Builki laureat Çində insan haqları fəalı, hazırda həbsdə olan Liu Siaobodur.

Nobel İnstitutunun direktoru Geir Lundestad bildirir ki, bəzi ölkələrin səfirləri mərasimdə iştirak edib-etməməklə bağlı cavab vermək üçün daha çox vaxt verilməsini xahiş ediblər.

Mərasim dekabrın 10-da Norveçin paytaxtı Osloda keçiriləcək. Amma hansı ölkələrin mərasimdən çəkindikləri bildirilmir.

Liu 2009-cu ildə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, Çində siyasi islahatlara çağıran manifestin həmmüəllifidir. Liu oktyabrın 8-də builki Nobel Sülh Mükafatının qalibi elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG