Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Amnesty International anti-terror əməliyyatı qurbanlarına ədalət tələb edir


Amnesty International beynəlxalq insan haqları təşkilatı Avropa ölkələrini ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin gizli saxlama mətnqələrində zərər çəkənlərin hüquqlarının bərpa olunmasına çağırıb. Londonda yerləşən bu təşkilat Avropa Birliyi ilə ABŞ arasında noyabrın 20-də Portuqaliyada sammit keçirilməsi ərəfəsində həmin qurbanlardan bəhs edən hesabat yayıb.

Sənəddə 2001-ci il sentyabrın 11-də ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin terrorda şübhəli bilinənlərin dindirilməsi üçün bəzi Avropa ölkələrində yaratdığı gizli həbsxanalarda işgəncələrdən bəhs edir. 53 səhifəlik bu sənəddə Agentliyin terrorla mübarizə tədbirləri çərçivəsində bəzi adamları oğurlayıb bu həbsxanalarda saxladığı, müxtəlif ölkələrdən qanunsuz uçuşlar həyata keçirdiyi, qanunsuz həbslər apardığı, və saxlananların işgəncələrə məruz qaldıqları qeyd olunur.

Amnesty International təşkilatının nümayəndəsi Culiya Hall jurnalistlərə müsahibəsində bu çağırışlarının ABŞ-a da təsir edəcəyinə ümid etdiklərini bildirib:

- İnformasiya nə qədər çox yayıldıqca, ABŞ da daha məsuliyyətli olmağa məcbur olacaq. İndi Avropada həmin proses gedir. Ümid edirik ki, bu hesabatın ABŞ-a da təsiri olacaq.

Amnesty International Mərkəzi Kəşfiyyat Agentliyinin həmin anti-terror əməliyyatlarına Almaniya, İtaliya, Litva, Makedoniya, Polşa, Rumıniya, İsveç və Britaniya kimi Avropa ölkələrini əhatə etdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG