Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:03

Ermənistandan Azərbaycana xəbərdarlıq?


Serj Sarkisyan Qarabağda
Serj Sarkisyan Qarabağda
«Ermənistanın Azərbaycanı narahat edə biləcək hərbi təlimlər keçirmək imkanı yoxdur. İrimiqyaslı hərbi təlimlər üçün kifayət qədər vaxt və maddi imkan tələb olunur».

Bunu AzadlıqRadiosuna Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib:

«Prezident Serj Sarkisyan Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən adı təlimləri irimiqyaslı hərbi təlim kimi qələmə verməklə daxili auditoriyanın diqqətini ordudakı qarşıdurmadan və ölkədəki sosial vəziyyətin ağırlığından yayındırmaq istəyir».

Ermənistan ordusunun noyabrın 1-dən 14-dək keçirdiyi təlimlərində iştirak edən prezidenti Serj Sarkisyan deyib ki, hərbi əməliyyatların şərtlərinə maksimal dərəcədə yaxın hərbi təlimlər Azərbaycana xəbərdarlıq olmalıdır:

«Əgər birdən ehtiyac olsa, biz təkcə 1992-1994-cü illərdə baş verənləri təkrarlamaqla qalmayıb məsələni birdəfəlik bağlayarıq».

O bəyan edib ki, hərbi təlimlər sərhədin o tayında səslənən hədələrə cavabdır və iştirakçıları əmin edib ki, sərhədlərin toxunulmaz qalması və erməni əsgərlərinin həyatına təhlükə olmaması üçün bütün tədbirlər görüləcək.

«Çünki fitnəkarlıqlar, atışmalar davam edir, insanlar ölür və Azərbaycanın bu cür davranışı cavabsız qala bilməz».

Eldar Sabiroğlu isə deyir ki, hər dəfə Azərbaycandan təşvişdoğurucu bəyanatlar eşidəndə Ermənistan olan-olmaz texnikasını yığıb hərbi təlimlər keçirdiyini göstərməyə çalışır. Halbuki həqiqi irimiqyaslı tədbirləri belə tez-tez keçirmək elə də asan məsələ deyil.

Hərbi təlimlər Ağdamın ətrafında keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu isə APA agentliyinə təlimləri ciddi qəbul etmədiklərini, buna uşaq oyunu kimi yanaşdıqlarını, Ermənistan tərəfinin məlumatlarına rəğmən təlimlərdə "5-6 tankın iştirak etdiyini" deyib.

İlham Əliyev Azərbaycan ordusunun təlimlərində. 24 iyun 2010
Onun sözlərinə görə, təlim böyük vəsait tələb edən bir işdir və iqtisadi sıxıntı keçirən Ermənistanın il ərzində bir neçə dəfə genişmiqyaslı təlimlər keçirməsi haqda xəbər yayması inandırıcı görünmür. .

Ermənistanlı ekspert – Yerevandakı Milli və Strateji Araşdırmalar Mərkəzinin eksperti Manvel Sarkisyan deyir ki, Ermənistan prezidenti bu bəyanatla əslində təkcə Azərbaycana yox, həm də beynəlxalq aləmə müraciət edib.

«Ermənistan prezidentinin bu bəyənatı həm Azərbaycan,

həm də beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulub.

O göstərmək istəyir ki, Ermənistan oturub - Azərbaycan və beynəlxalq ictimaiyyətin nə vaxt razılıq əldə edəcəyini, yaxud beynəlxalq ictimaiyyətin Azərbaycanın təzyiqləri ilə Ermənistanı güzəştlərə məcbur edəcəyini gözləyə bilməz.

Bu bəyanatla nümayiş etdirilir ki, Yerevan onunla bu tonda danışılmasını qəbul etməyəcək”.

Azərbaycanlı ekspert – "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Ermənistan prezidentinin sərt bəyanatı erməni ictimaiyyətini sakitləşdirmək və Qarabağdakı separatçı rejimə ürək-dirək vermək üçündür.

E.Şahinoğlu hesab edir ki, Azərbaycan axır illərdə hərbi büdcəsini bütövlükdə Ermənistan büdcəsindən artıq səviyyəyə çatdırıb, hərbi sənayesini inkişaf etditrir, silah buraxır, bu da qarşı tərəfdə narahatlıqlar yaradır.

İlham Əliyev və Serj Sarkisyan
"Həştərxan görüşündə prezidentlər öz xarici işlər nazirlərinə tapşırıblar ki, danışıqları canlandırmaq üçün yeni təkliflər hazırlasınlar. Amma indiki müharibə ritorikası şəraitində prezidentlərin qarşıdakı Astana görüşündə hansısa irəliləyişlərin olacağını gözləmək az inandırıcıdır".

Amma Elxan Şahinoğlu yaxın illərdə hərbi əməliyyatların bərpa ediləcəyinə inanmır, onun fikrincə, sadəcə atəşkəsin daha tez-tez pozulması və kiçik toqquşmalar müşahidə etmək mümkün ola bilər.

Axır aylarda Azərbaycanla Ermənistan qüvvələri arasında bir neçə kiçik toqquşma olmuş və bir neçə ay ərzində əsirlərin dəyişidirilməsi problemə çevrilmişdi. Yalnız iki ölkə prezidentlərinin Həştərxan görüşündə əsrilərin dərhal qaytarılması hsqda razılıq əldə edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG