Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:23

Gözəllik turizmi


“Təbriklər” deyərək həkim Edward Abdulnour 33 yaşlı xəstəsinin kürəyinə vurdu.
Patsienti Livan qadınıdır, adama elə gəlir ki, o gülümsəyir, çünki dodaqları qırmızı və köpürdülmüş kimidir. Dodaqları əməliyyatdan sonra qalınlaşıb deyə, sifəti dartılıb, burnu ensiz görünür.

“Vaşinqton Post”un “Kosmetik əməliyyat Livanda yeni sima alır” başlıqlı məqaləsi belə başlayır.

Müəllif daha sonra yazır ki, gözəl xalqı, siyasi dayanıqsızlığı ilə tanınan Beyrutda plastik cərrahiyyə çox məşhurdur. Nisbətən sabit keçən son bir neçə ildə plastik cərrahiyyə ölkənin diqqətə layiq irəliləyişlərindəndir.

“Plastik cərrahiyə Livanın nəsibidir”, Livan Turizm Nazirliyində reklam işlərinin başçısı Mona Faris belə deyir.

Plastik cərrahların dediyinə görə, onların pasientlərinin 20-40 faizi kosmetik əməliyyata gələnlərdir. Çoxu da Səudiyyə Ərəbistanı, Qatar, İordaniya kimi ərəb ölkələrindən gəlir. Amma həkimlər deyirlər ki, indi Birləşmiş Ştatlardan, Kanadadan, Avropa və Avstraliyadan da gələn xəstələrinin sayı artmaqdadır.

LİVAN CƏRRAHLARININ QİYMƏTİ UCUZDUR


Livanın ən böyük üstünlüyü - qiymətdir. Livanda əməliyyatlar çox vaxt Avropadakı, ABŞ-dakı qiymətin yarısına başa gəlir. Beyrut Gözəllik Klinikasının həkimi Roland Tohme deyir ki, burun əməliyyatının qiyməti ABŞ-da və ya Avropada 5000-7000 dollar arasındadırsa, Livanda 2000 dollardır.

“Onlar bura tətilə gəlirlər. Eyni vaxtda əməliyyatlarını da etdirirlər”.


Tohme həkim deyir ki, burunda, döşdə kəm-kəsirin aradan qaldırılması, liposaksiya əməliyyatı - artıq piylərin götürülməsi ən adi proseduralardan biridir. Bu yaxınlarda işlənmiş prosedura - 60-90 funt itirdikdən sonra artıq dərini yığışdırmaq, azaltmaq üçün prosedura isə turistlər arasında daha populyardır.

“Bu, plastik əməliyyatda yeni eradır”.

Bu həm də Livan turizmi üçün yeni dövrdür, Turizm Nazirliyinin statistikasına görə belə demək olar. Son doqquz ayda ölkə 2009-cu ilin eyni dövrü ilə müqayisədə 15 faiz daha çox turist qarşılayıb. Bir il əvvəlsə turistlərin sayı təxminən 40 faiz artıb.

MƏSƏLƏ QİYMƏTDƏ DEYİLMİŞ


“Əcnəbi pasientləri təkcə qiymətlər cəlb etmir” deyir həkim Elias Chammas. O Beyrut kənarında yerləşən Hazmieh Beynəlxalq Tibb Mərkəzinin direktorudur. Deyir ki, pasientlər Livana həm də məxfiliyə görə gəlirlər.
Əcnəbi pasientlərin çoxu ərəb ölkələrindəndir, həmin ölkələrsə Livandan daha mühafizəkardırlar, orda plastik əməliyyata az qala qadağa qoyulub. Bunu da Elias Chammas deyir.

“Onlar bura gəlir və liposaksiya (artıq yağların götürülməsi) etdirirlər. Siz necə müəyyən edə bilərsiz kimsə liposaksiya etdirib ya yox? Həmin qadın da burdan gedəndə sadəcə diyetdə olduğunu deyəcək”.

HƏKİMLƏRİN MARKETİNQİ


Tibbi turizm uzun müddət dünyanın hər yerindən əcnəbiləri Livana cəlb edib və keçən ildən hökumət kosmetik cərrahların marketinqinə start verib. Ötən il Turizm Nazirliyi özəl turizm agentliyinin açılışında iştirak edib, bu agentlik plastik cərrahiyə üçün nəzərdə tutulub.

Məqsəd əməliyyatları təşkil etməkdir, otel də turizm paketində qalmaqdadır. Bunu Beyrutdakı yüksək səviyyəli kafelərin birində əyləşib qəhvə içən sahibkar Zeyna Əl Hac deyir. Yaxşı geyinib-kecinmiş livanlı qadın tipinə malik Əl Hac heç olmasa həftədə bir dəfə dırnaqlarını və saçlarını peşəkar şəkildə qaydaya saldırır.

Əl Hac deyir ki, kosmetik turizm xırdalığına qədər gözəlliklərinin qayğısına qalan Livan qadınları arasında plastik cərrahiyə vasitəsilə cəlbedici olub. O əlavə edir: “Bu onu göstərir ki, bu yer nə qədər etibarlıdır”.

Xanım Əl Haca görə, əcnəbilər Livana həm də əməliyyatdan sonrakı sağalma müddətində gəzib ləzzət almaq üçün gəlirlər. Qədim xarabalıqlar, əsrarəngiz dağlar və çimərliklər insanları Livanın kənd yerlərinə cəlb edir.

Çox vaxt “Yaxın Şərqin məclislər paytaxtı” adlandırılan Beyrut özünün düşkün gecə həyatı, restoranları və liberal münasibətləri ilə məşhurdur. Xanım Əl Hac deyir ki, pasientlərin çoxunun əməliyyat olunan günün səhərisicə şadlıq gecəsi keçirmək problemi yoxdur.

“Burda insanların sarğı ilə restorana getməsi qəribə sayılmır”.

LİVAN QADININA QOYULAN TƏLƏB


Bəzi pasientlər deyirlər ki, Beyrutun əsrarəngiz imici kosmetik turizmə görə ola bilər, ancaq bu yerli qadınlar üçün qiymətlərlə bağlıdır.

“Nadya” kimi qələmə verilməsini istəyən qadın öz həqiqi adını ona görə gizlədir ki, onun yaxınlarda etdirdiyi əməliyyatdan kiminsə xəbər tutmasını istəmir. O deyir ki,

Livan qadınları yaxşı görünmək üçün böyük təzyiq altında olurlar:
“Gözəl deyilsizsə, savad dərəcənizdən asılı olmayaraq sizi işə götürməzlər”.

HƏKİMLƏRİ RUHDAN SALAN SİYASİ DURUM


Livanda kosmetik turizmin populyarlığının artmasına baxmayaraq ölkədə kövrək sülhün çox davan etməyəcəyi fikri həkimlərin daha vəcdlə çalışmalarına əngəl olur.
Qərbyönümlü iqtidar partiyası İran və Suriyanın dəstəklədiyi və bir neçə üzvlə Parlamentdə yer alan, silahlı qruplaşmaya malik Hizbullahla siyasi baxımdan qarşıdurma vəziyyətindədir. Fraksiyalar BMT tribunalında Hizbullahın bir neçə liderinin mühakimə olunacağına dair ağır debatlarla məşğuldurlar.

Bir çox livanlı İsraillə toqquşmanı vətəndaş mübarizəsinə qayıtmaqdan daha çox ehtimal edir. Bir neçə aydır müharibə başlaması ilə bağlı şayiə dolaşır.

Keçən ay İran Prezidenti Mahmud Əhmədinejat Livanın İsraillə sərhəd cənub sərhədlərinə səfər edəndə onu on minlərlə tərəfdaş alqışladı, çünki o and içdi ki, bir vaxt İsrail “yoxa çıxacaq”.

Beyrutun qələbəlik ticarət ərazilərindən birinin avtobus dayanacağından şimalda yerli əhali narahatdır, 2 illik nisbi sülhün yenidən İsraillə toqquşma ucbatından başa çata bilməsindən qorxurlar.

17 yaşlı Ali məktəb tələbəsi Elio deyir ki, imtahanları vaxtından əvvəl verməli olub, çünki onların məktəb rəhbərliyi İsraillə yeni müharibənin başlamasından qorxur. Amma Elio düşünür ki, bu söhbətlərin bəziləri yalnız ajiotajdır.

“Mən hər yay belə şayiələr eşidirəm ki, burda müharibə olacaq. Mən bunun heç bir nişanəsini görmürəm”.

Beyrut Gözəllik Klinikasından olan doktor Tohme gələcək haqda daha skeptikdir. O deyir ki, nə qədər ki, İsraillə Fələstin arasında münaqişə davam edir, Livanda da qeyri-sabitlik olacaq.

Ancaq indi üçün siyasi gərginliyin artmasına baxmayaraq yeni-yeni pasientlər plastik əməliyyat üçün Livana gəlirlər.

“Mən düşünürəm ki, sonda onlar bizə sülh gətirsələr, biz möcüzə yaradarıq”.

Tərcümə etdi: Şahnaz Bəylərqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG