Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:16

Keçmiş səfir danışdı, nazir müavini işdən qovuldu


ABŞ-ın Praqadakı keçmiş səfiri William Cabaniss,11 iyun 2006
ABŞ-ın Praqadakı keçmiş səfiri William Cabaniss,11 iyun 2006
KEÇMİŞ SƏFİR DANIŞDI, NAZİR MÜAVİNİ İŞİNİ İTİRDİ

Çex Respublikasının Maliyyə nazirinin müavini ABŞ-dan gələn korrupsiya ittihamlarına görə istefaya gedib. Baş nazir Petr Nekas noybarın 12-də bildirirb ki, ABŞ-ın Praqadakı keçmiş səfirinin bu ittihamları ən qısa müddətdə araşdırılacaq. Araşdırma müddətində isə ittihama məruz qalan nazir müavini Martin Bartak işdən kənarlaşıb.

“Mlada Fronta Dnes” adlı çex qəzetində noyabrın 12-də çap olunan müsahibəsində ABŞ-ın Praqadakı keçmiş səfiri William Cabaniss bildirib ki, Martin Bartak rüşvəti 2008-ci ilin fevralında Vaşinqtonda istəyib. Cabaniss özü 2033-2006-cı illərdə ABŞ-ın Praqadakı səfiri olub. 2008-ci ildə isə Çex Respublikasının yük avtomobilləri istehsal edən “Tatra” şirkətinin idarə heyətinin sədri olub.

150 MİLYON DOLLARLIQ LAYİHƏYƏ "YAŞIL İŞIQ" ÜÇÜN
"BİR AZ HÖRMƏT"

O, qəzetə verdiyi müsahibədə iddia edir ki, 2008-ci ilin fevralında Vaşinqtonda Çex Respublikasının nümayəndə heyətinin tərkibində o zamankı Müdafiə nazirinin müavini Martin Bartakla görüşüb.Bartak ona təklif edib ki, “Tatra” maşınların Çexiya ordusunda istifadəsini nəzərdə tutan 150 milyon dollarlıq
Çex Respublikasının Müdafiə naziri Martin Bartak (solda) ermənistanlı həmkarı Seyran Ohanyanla (sağda) Yerevanda mətbuat konfransında, 26 mart 2010
müqavilənin həyata keçirilməsinə maneələri aradan qaldıra bilər. Amma bunun üçün onun özünə bir neçə milyon dollar pul verilməlidir.

Cabaniss nazir müavinin o zaman tələb etdiyi məbləği dəqiq xatırlamadığını deyib. Bildirib ki, bu, bir nazir müavinindən gözlənilməz təklif olub və o, heç bir cavab vermədən müzakirəni tərk edib.

BARTAK QARAYAXMA İLƏ ÜZLƏŞDİYİNİ DEYİR

O zaman Müdafiə nazirinin müavinin olan Bartak, sonradan Müdafiə naziri, ötən həftənin sonuna qədər isə Maliyyə nazirinin müavini idi. Qəzet həmin müsahibəni yayan gün istefa verdiyini açıqlayan 43 yaşlı Bartak ittihamları absurd adlandırıb. Bildirib ki, sadəcə olaraq təmsil olunduğu hökumətin adına ləkə düşməməsi üçün işdən ayrılır, amma ümid edir ki, araşdırma tezliklə başa çatacaq və o, öz işinə dönəcək.

Bartak özünə qarşı qarayaxma kampaniyası aparıldığını, buna qanuni yollarla cavab verəcəyini də bildirib.

Amma keçmiş səfirin haqqında bəhs etdiyi görüşdə iştirak etmiş “Tatra”nın ABŞ-dakı bölməsinin rəhbəri olan Duncan Sellars da Bartakın bir neçə milyon dollar pul tələb etdiyini bildirib.

KEÇMİŞ SƏFİR VƏ ŞİRKƏT DİREKTORU POLİSƏ İFADƏ VERİR

“Tarta”nın sözçüsü əlavə edib ki, artıq Çexiya polisi araşdırmalara başlayıb və Cabaniss və Sellars ifadələrini veriblər.

Son vaxtlar Çex Respublikasında Müdafiə Nazirliyi avadanlıqların alınmasında qeyri-şəffaflığa görə ciddi təzyiqlər altındadır. Yeni Baş nazir Petr Nekas bu Nazirlikdə qapalı alqı-satıqlara son qoyacağını vəd edib.

Çex hökuməti hazırda Müdafiə Nazirliyinin 2002-ci ildə BAE Systems şirkətindən 24 döyüş təyyarəsinin alınması zamanı korrupsiya şübhələrini araşdırır. Hökumət bu ilin avqustunda ABŞ-dan xahiş edib ki, bu işin araşdşrılmasında ona yardım etsin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG