Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:16

Elton Conun konserti korrupsiya şübhələrinə səbəb olub


Britaniyanın pop ulduzu Elton Con
Britaniyanın pop ulduzu Elton Con
Müstəntiqlər Elton Conun konsertinə xərclənən Avropa Birliyinin 720 000 avro pulunun necə xərcləndiyindən şübjələnib araşdırmalara başlayaıblar. Bu pulu keçənilki konserti zamanı İtaliya rəsmiləri xərcləyiblər.

Avropa Komissiyasının sözçüsü Ton Van Lierop Frans Press agentliyinə bildirib ki, onlar yerli rəsmilərin bu pulu nəyə və necə xərclədiklərini bilmək istəyirlər. Onun bildirdiyinə görə Avropa Birliyi mədəniyyət proqramlarına ümumilikdə 2.25 milyon avro nəğd pul ayırıb. Amma hələ məlum deyil ki, pop starın özünə bu konsert üçün qonorar ödənib, ya yox.

Avropa Birliyi üzv ölkələrin kasıb regionlarının inkişafı üçün ayrıca fondlar verir. Birliyin qaydalarına görə bu cür regionların yerli hakimiyyət təsmiləri 50 000 avro məbləğində layihələri öz mülahizələrinə uyğun şəkildə özlərinə həyata keçirə bilərlər. Pulu isə Avropa Birliyinin xüsusi fondundan alırlar. Amma həmin layihələrdə audit yoxlaması aparıla bilər. Əgər hər hansı qanunsuzluq aşkar edilərsə, Avropa Birliyi öz pulunu geri tələb edə bilər. Yaxud bu məbləğ həmin yerli hakimiyyət orqanının gələcək layihələri üçün ödənişlər aparılarkən onların büdcəsindən çıxıla bilər.

Britaniyanın pop ulduzu Elton Conun konserti isə 2009-cu ilin sentyabrında İtaliyanın Kampania regionunda Naples şəhərində festival zamanı təşkil edilib. Avropa Parlamentindəki İtaliya deputatlarından biri bu konsert zamanı Kampania rəhbərliyinin Avropa Birliyinin pullarını göyə sovurması barədə məsələ qaldırıb. Avropa Birliyi də bundan sonra konsertin xərclərini yoxlamaq qərarına gəlib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG