Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

Gənc yazarlar 3 gün kitab satacaqlar


Bayram günləri, noyabrın 15, 16 və 17-sində gənc yazarlar Günel Mövlud, Nərmin Kamal və Sahilə İbrahimova paytaxt Bakıdakı “Əli və Nino” kitab dükanında hər biri bir günlük satıcısı olacaq. Layihəni “Qanun” nəşriyyatı ilə “Əli və Nino” kitab mağazası birgə həyat keçirir.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun AzadlıqRadiosuna dediyinə görə, məqsəd oxuculara xarici və yerli müəlliflərin kitablarını seçməkdə yardım göstərmək, yazıçı ilə oxucu arasında virtual əlaqəni real müstəviyə keçirməkdir.

Belə bir tədbir Bakıda ilk dəfədir ki, keçirilir.

Noyabrın 15-də Günel Mövlud, 16-da Nərmin Kamal, 17-də isə Sahilə İbrahimova saat 13-dən Nizami 91 ünvanında yerləşən “Əli və Nino” kitab dükanında satıcı olacaqlar.
XS
SM
MD
LG