Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Meşələrin qırılmasına qarşı reydlər olub


Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə materiallarının qanunsuz əldə edilməsi ilə bağlı Daxili İşlər Nazirliyi ilə birgə noyabr ayında bir həftəlik reyd keçirib.

Nazirliyin noyabrın 14-də yaydığı məlumata görə, meşə materiallarının qanunsuz əldə edilməsi ilə bağlı 34 fakt aşkarlanıb.

14 rayon üzrə qanunsuz ağac qıranlar ümumilikdə 3 min manata yaxın cərimə olunublar.

Qəbələ rayonundakı bir faktla bağlı məsələ isə Rayon Polis Şöbəsinə göndərilib.

Nazirlik meşələrin qorunub mühafizə olunması ilə bağlı araşdırmalarını davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG