Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:57

Müxalifət lideri 7 ildən sonra siyasi bəyanat verib


Myanmada müxalifət lideri Aun San Su Kyi bu gün minlərlə tərəfdarı qarşısında çıxış edərkən ölkədəki bütün demokratik qüvvələrlə əməkdaşlığa hazır olduğunu bildirib.

Bu son 7 ildə müxalifət liderinin ilk siyasi müraciətidir.

Bu müddət ərzində ev dustaqlığında olan Aun San Su Kyi dünən azadlığa buraxılıb.

O, azad olunan kimi rəhbərlik etdiyi və hazırda ölkədə qadağan olunmuş Demokratiya Uğrunda Milli Liqa partiyasının fəalları ilə görüşüb.

Nobel Sülh Mükafatı Laureatı olan 65 yaşlı Aun San Su Kyi son 21 ilin təxminən 15-ni ev dustaqlığı şəraitində keçirib.

Bu günlərdə son 20 ildə Myanmada ilk dəfə olaraq parlament seçkiləri keçirilib.

Seçkidə hakim hərbi rejimin tərəfdarları qalib gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG