Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:29
Elif ŞAFAK


Utancaq təbəssümü ilə üzümə baxır. “Mən əvvəllər kitab oxumağı çox sevirdim amma işgüzar həyata başlayandan bəri doğrusu vaxt tapa bilmirəm”.

Bunu mənə deyən 40 yaşlarında bir iş adamıdır. Zəngin, uğurlu, liberal bir ailədən çıxmış, uzun illər Amerikada təhsil alan, sonradan öz şirkətini quran bir şəxsdir. Fərqliliyə sahib bir insan.

İki gün sonra başqa bir yerdə, fərqli bir mühitdə bu sözləri bu dəfə gənc bir qadından eşidirəm.

Bir ticarət mərkəzində satıcı işləyir. Çox istəməsinə rəğmən universiteti bitirə bilməyib. Ailəsinin maddi durumu pisləşincə bu işə girib.

Yaşam dərdində, az gəlirli, təhsil səviyyəsi aşağı, mühafizəkar bir ailədəndir. İlk baxışda həyatı iş adamınınkına bənzəmir.

Halbuki o da kitab oxumağa vaxt tapa bilməməsini eyni kəlmələrlə izah edir. Bu iki fərqli həyatdan çıxan insanlar qəribədir ki, söhbət kitablardan düşüncə eyni reallıqdan çıxış edir.

Sanki hamımız eyni həqiqəti əzbərləmişik. “Kitab oxumağa vaxt tapa bilmirəm…”.

Bu günə qədər “kitab oxumuram çünki oxumağı günahım qədər sevmirəm” dediyini duymamışam. Halbuki ola bilər, hər kəs sevmək məcburiyyətində deyil.

Əslində son dərəcə doğru bir gerçəklikdir. Bununla belə kitabların qiymətlərinin heç də aşağı olmadığı bir ortamda hər kəsin kitab alması asan deyil.

Ancaq neçə illərdir “kitab oxumuram çünki istədiyim kitablar bahalıdır” deyənə də rastlamamışam.

Yaxud “vallah televiziya serialları, ya da kompüterdə döyüş oyunları oynamaq daha çox xoşuma gəlir, kitablarla işim olmaz” deyənlə də qarşılaşmadım.

Olsa-olsa vaxtın olmamasından gileylənirik.

Əslində oxumağı və qədər sevdiyimizi – ya da ən azından bir zamanlar sevdiyimizi – lakin həyatın təlatümləri içində kitaba vaxt tapa bilmədiyimizi söyləyirik. Hər dəfə eyni səbəb, hər dəfə eyni kəlimələrlə…

Bəs nə zaman oxumalı? Günün hansı saatında? Hansı mövsümdə? Görəsən fərqinə varmadan kitabları zehnimizdə çoxmu böyüdürük?

Bir yazarın bunları deməsi qəribə görünə bilər amma kitablar o qədər də müqəddəs varlıqlar deyil. Təbii ki, Müqəddəs Kitablardan danışımırıqsa…

Kitab dediyin əslində sonsuza uzanan bir aləm, həm də bəsit bir şeydir. Gündəlik həyatın içində ordan-bura daşınıb, vərəqləri səhifələnib köhnələcək, cümlələri işarələnib qaralanacaq, yanına qeydlər ediləcək səhifələr və kəlimələr toplusudur.

Kitablar nə dəyərindən artıq şişirdilməli, nə də kiçildilməlidir. Onu olduğu kimi qəbul edək ki, kitabdakı mətinlərlə münasibətimiz təbii, səmimi olsun.

Elədirsə, yəni roman ya da hekayə dediyimiz şey müqəddəs varlıq filan deyilsə, əslində onun üçün xüsusi bir zaman ayırmaq da lazım deyil.

Məsələn, bir yerdən başqa yerə səyahət edərkən- dayanacaqda avtobus gözləyərkən, taksidə gedərkən, tıxacda ömrünü çürüdərkən, gözəllik salonunda saçlarını burdurarkən, şəhər daxili avtobuslarda boş-boş vaxtını keçirərkən, manikür və pedikür etdirərkən, stomotoloqda növbə gözləyərkən, xidməti maşınla evdən-işə, işdən-evə gedərkən, paroxodda ətrafa boylanarkən, müvəqqəti bir yerdə dayanarkən, görüşə gecikən yoldaşını gözləyərkən, həyatın sıxıcı anlarında da oxumaq olar.

Sözün düzü kitabı məhz belə vaxtlarda oxuyurlar. Bunun xaricində kitab üçün xüsusi zaman nəzərdə tutulmur.

Çox az insan tapılar ki, dayanmadan üç-dörd saat kitab oxuma azarına tutulsun.

Bunları nəzərə almıram. Yerdə qalan əksəriyyət, biz, fani bəşəriyyət, çox da olsa 5 dəqiqə indi, 10 dəqiqə sonra, yarım saat axşamüstü, yatmaqdan əvvəl 20 dəqiqə fasilələrlə kitab oxuyuruq.

Gün ərzində “kitab oxumaq zamanı” deyə xüsusi bir vaxt ayırmağa çalışmaq səmərəsiz cəhddir.

Heç kimin belə bir vaxtı yoxdur. İş adamının da, bank işçisinin də, satıcının da, ofisiantın da, müəllimin də, tələbənin də, baş nazirin də və s.

Hamı məşğul, hamı yorğundur, əksəriyyətimiz gündəlik problemlərimizlə çarpışırıq.

Təbii ki, rahat kürsüyə yayxanaraq, süd lampasının işığı altında həzin melodiyanı dinləyərək, heç kim tərəfindən narahat edilmədən və sözsüz ki, köpüklü qəhvəmizi qurtum-qurtum içib badam dənələrini bir-bir ağzımıza ataraq saatlarla kitab oxuyacağımız günü gözləyiriksə böyük bir səhv edirik.

Oxumaq üçün ayrıca bir hazırlıq görməyə, zamanı və məkanı dəyişməyə və fərqli, xoş əhval-ruhiyyəyə ehtiyac yoxdur.

Əgər kitabları zehnimizdə müqəddəsləşdirməkdən imtina edib gündəlik həyatımızın kifayət qədər təbii, bəsit və adi şeylərdən biri kimi qəbul etsək “oxuma saatı”nın gəlməsini gözləməyəcəyik.

O zaman hər şey çox sadə olar. Bir də görərsiniz ki, sən demə oxumaq üçün nə qədər böyük zamanımız var…

Haber-türk on-line qəzeti
(Azərbaycan türkcəsinə Sevinc Hüseynzadə çevirdi)

Günün bütün mövzuları

XS
SM
MD
LG