Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51
Yaxın günlərdə Moskva metrosundakı "Читающая Москва" qatarında Çili şairlərinin şeirlərini oxumaq mümkün olacaq.

Qatarın 4 vaqonunda məşhur Çili şairlərinin fotoları, onlar haqda məlumat və şeirlərindən parçalar olacaq.

Birinci vaqon Nobel mükafatlı Pablo Neruda və Qabriel Mistralın, digər 3 vaqon isə Qonsalo Roxas, Visente Uidobro və Nikanor Parranın yaradıcılığına həsr ediləcək.

Ekspozisiyanı hazırlamaqda metropolitenə Moskvadakı Çili səfirliyi kömək edib. Layihə Çilinin müstəqilliyinin 200 illiyi ilə bağlıdır.

Metropolitenin sözçüsü deyib ki, onlar moskvalıları başqa ölkə şairlərinin yaradıcılığı ilə də tanış etmək niyyətindədirlər.

RİA Novosti

Günün bütün mövzuları

XS
SM
MD
LG