Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15

Müxalifətdən 2 fərqli baxış


Arif Hacılı
Bu həftə Azərbaycan parlamentinə növbəti seçkilər keçirildi. Bu seçkilər ölkənin həftə ərzində ictimai-siyasi həyatını öz ağırlığında saxlayan əsas hadisələrdən biri oldu.

Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri Arif Hacılı və Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev «Panorama» verilişində həm bu seçki, həm də seçki sonrası vəziyyətlə bağlı fikirlərini bölüşürlər.

Arif Hacılı:

«YENİDƏN SEÇKİLƏR KEÇİRİLMƏLİDİR»

«7 noyabrda ölkənin istisnasız olaraq bütün seçki dairələrində seçicilərin səsi süni şəkildə şişirdilərək kobud saxtakarlıqlara yol verilib. Hətta müxalifətin olmadığı, heç bir rəqabətin getmədiyi dairələrdə də bu saxtakarlıqlar həyata keçirilib. Əgər bundan sonra doğrudan da qanunun aliliyi əsas götürüləcəksə, baş verən saxtakarlıqlar araşdırılacaqsa, bütün dairələrdə nəticələr ləğv edilməlidir. Bununla da yenidən seçkilər keçirilməlidir...».

Fərəc Quliyev:

«MƏNİM DAVAM MANDAT DAVASI DEYİL»

«Mənim davam mandat davası deyil (MSK-nın açıqladığı ilkin nəticələrə görə, F. Quliyev 31 saylı DSK-da qalib gəlib). Biz seçki kampaniyasından istifadə edib toparlanmaq, öz düşüncələrimizi hakimiyyətə gətirmək istəyirdik. Mən təkcə MSK-nın nəticələrinə görə öz dairəmdə irəli deyildim. Elektron səsvermə və keçirilən «exit-poll» da mənim öndə getdiyimi göstərirdi...».

Arif Hacılı:

«BİZ YALANA QARŞI MÜBARİZƏ APARIRIQ»

Fərəc Quliyev
«Mən də, İsa Qəmbər də, bizim blokdan olan bir çox namizədlər də həmin sorğulara görə, qalib gəlmişdi. Yəni bəzi rəqəmlərlə burada manipulyasiya etmək lazım deyil. Biz yalana qarşı mübarizə aparırıq. Azərbaycan xalqı nəyin necə baş verdiyini çox gözəl anlayır. Bizim 2005-ci il seçkilərində 50-yə yaxın namizədimiz qələbə çalmışdı. O vaxt bu qələbələrin yalnız 4-5 tanındı və biz razılaşdıq ki, onlar gedib parlamentdə mübarizəni davam etdirsinlər. İndi seçicilərin səsini almadan, komissiyaların saxta protokolları ilə qalib elan edilib parlamentə bəzilərinin müxalifət adı altında göndərilməsi isə tamam fərqli bir şeydir...».

Fərəc Quliyev:

«NECƏ OLUR Kİ, İNDİ BİZİ MÜXALİFƏT SAYMIRLAR?...»

«Necə olur ki, indi bizi müxalifət saymırlar? Ancaq 3 dönəm bizi parlamentə buraxmayanda, həbslərə atanda, təşkilatımızı qeydiyyata almayanda, bəzilərinin deputat seçilib parlamentdə fəaliyyət göstərməsi müxalifətçilik sayılırdı. Bəli, Azərbaycan xalqı hər şeyi gözəl anlayır. Bir də deyirəm, mənim aldığım səslər özümün aldığım səslərdir və mən mandat davası etmirəm. Məqsədimiz toparlanıb öz düşüncələrimizi hakimiyyətə gətirməkdir...».

Şərhləri göstər

XS
SM
MD
LG