Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:19

Jurnalist özünə gəlsə də 5-10 gün reanimasiyada qalacaq


Bu günlərdə Moskvada amansızcasına döyülmüş jurnalist Oleq Kaşin hələ 5-10 gün raanimasiya şöbəsində qalacaq.

Jurnalist özünə gəlsə də vəziyyəti ağırdır, böyrəkləri aparata qoşulub.

Bu gün Moskvada jurnalistin işlədiyi “Kommersant” qəzetinin xüsusi buraxılışı çıxıb.

Onu jurnalistin iş yoldaşları və dostları hazırlayıb.

Qəzetdə jurnalistə hücumun müxtəlif versiyalarından bəhs edilir.

Məqalələrin müəllifləri jurnalistlər, siyasətçilər və hüquq müdafiəçiləridir.
XS
SM
MD
LG