Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:57

Şahdəniz yatağının 2-ci fazası ilə bağlı müqavilə gələn ilin ortalarında imzalanacaq


APA-nın mlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə tərəfi ilə “Şahdəniz-2” layihəsi üzrə qazın tranziti və 6 mlrd. kubmetr yanacağın alqı-satqısına dair müqavilələr hazırlanır.

Bundan başqa Avropa ölkələri ilə illik 10 mlrd. kubmetr qazın satışı ilə bağlı danışıqlar gedir.

Xatırladaq ki, «Şahdəniz» yatağının işlənməsinin ikinci fazası çərçivəsində ölkədə illik qaz hasilatının 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG