Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:49

Aun San Su Kyi azad oldu


Myanmada demokratik müxalifətin lideri Aun San Su Kyi ev dustaqlığından azad olunub.

Bu barədə adının çəkilməsini istəməyən hakimiyyət nümayəndəsi bildirib.

O, qeyd edib ki, polis evin ətrafından xüsusi səddi götürən kimi, müxalifət liderinin cümə günündən evin ətrafına yığışmış yüzlərlə tərəfdarı evə atılıblar.

Bu gün müxalifət liderinin həbs müddəti sona yetir.

Nobel Sülh Mükafatı Laureatı olan 65 yaşlı Aun San Su Kyi son 21 ilin təxminən 15-ni ev dustaqlığında keçirib.

Aun San Su Kyi azad olan kimi tərəfdarlarını birləşməyə çağırıb.

Bu günlərdə son 20 ildə Myanmada ilk dəfə olaraq parlament seçkiləri keçirilib.

Seçkidə hakim hərbi rejimin tərəfdarları qalib gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG