Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01

İraq parlamenti yenidən yığışır


İraq parlamenti koalision hökumətin tərkibini müzakirə etmək üçün bu gün yenidən yığışır.

Sünnilərin dəstəklədiyi İraqiyə blokunun 60-a yaxın deputatı ötən cümə axşamı parlamentin iclasını baykot ediblər.

Onlar yenidən baş nazir seçilmiş Nuri əl Malikinin tərəfdarlarını bundan əvvəl tərəflər arasında əldə olunmuş razılaşmanı pozmaqda ittiham edirlər.

Qeyd edək ki, Nuri əl Maliki şiələri təmsil edir.

Namizədi parlamentin sədri seçilmiş İraqiyə bloku 3 yüksək səlahiyyətli nümayəndəsinin nazir vəzifəsi tuta bilməməsinə etiraz edir.

Həmin 3 nümayəndə keçmiş dikdator Səddam Hüseyinin Bəəs partiyası ilə əlaqədə günahlandırırlar.

Yaranmış fikir ayrılığı koalision hökumət yaradılması ilə bağlı bu günlərdə əldə olunmuş razılaşmanı təhlükə altında qoyur.

Günün bütün mövzuları

XS
SM
MD
LG