Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22

Bakıya yürüş etdilər


Noyabrın 13-də Azərbaycanın cənub rayonlarından Bakıya avtomobillərlə yürüş olub.

Əsasən dindarların təşkil etdiyi yürüş milli qəhrəmanlar - Mübariz İbrahimovla Fərid Əhmədovun xatirəsinə həsr olunub.

Aksiya milli qəhrəmanların dəfn olunduğu Bakıdakı İkinci Fəxri Xiyabanda davam edib. Noyabrın 13-ü onların dəfninin yeddinci günü tamam olur.

Aksiya insidentsiz başa çatıb.

Mübariz İbrahimov 2010-cu il iyunun 19-da həlak olub. Ermənistan onun meyitini dörd ay yarımdan sonra - noyabrın 6-da Azərbaycana qaytarıb.

Fərid Əhmədov isə sentyabrın 4-də Tərtər rayonunun cəbhə xəttində həlak olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG