Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:18

Obama idxalı artırmaqla iqtisadiyyatı inkişaf etdirməməyə çağırıb


ABŞ prezidenti Barak Obama Çin və Yaponiya kimi ölkələri idxalı artırmaq yoluyla iqtisadiyyatı inkişaf etdirmək siyasətindən əl çəkməyə çağırıb.

Barak Obama belə bir bəyanatla Asiya Sakit Okean İqtisadi Ənıkdaşlıq Təşkilatı ölkələrinin Yaponiyanın Yakohama şəhərində keçirilən sammitində çıxış edib.

Öz növbəsində Çin prezidenti Hu Çintau ölkəsinin daxili təlabatı artırmaq fikrində olduğunu bildirib, amma qeyd edib ki, bu dəyişiklik yavaş-yavaş olacaq.

Hu Çintau həmçinin qeyd edib ki, Pekin yavaş-yavaş və nəzarətdən çıxmamaq şərti ilə valyutadəyişmə kursunda islahatlarda qərarlıdır.

Rusiya prezidenti Dimitri Medvedev də sammitdə iştirak edir.

Bundan əvvəl Cənubi Koreyanın paytaxtı Seulda “Böyük iyirmilər” ölkələrinin sammiti keçirilibş

Liderlər beynəlxalq ticarətdə idxalla təlabatçı ölkələr arasında balans yaratmaq da daxil olmaqla, iqtisadiyyatın kövrək bərpasını davam etdirmək razılığına gəliblər.
XS
SM
MD
LG