Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:36

Sarkisyan Qarabağda keçirilən hərbi təlimlərdə iştirak edir


Təlimlərdə əsasən artilleriya silahlarından, top və tanklardan, qrad qurğularından atəş açılır

Təlimlərdə əsasən artilleriya silahlarından, top və tanklardan, qrad qurğularından atəş açılır

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib.

Səfər çərçivəsində onu Ermənistanın Müdafiə naziri Seyran Ohanyan müşayiət edir.

Serj Sarkisyan separatçı rejimin rəhbəri ilə birlikdə hərbi təlimlərdə iştirak edir.

Noyabrın 12-si saat 14:00-dan etibarən Ermənistan silahlı qüvvələri yenidən hərbi təlimlərə başlayıb. Təlimlər Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçirilir.

Təlimlərdə əsasən artilleriya silahlarından, top və tanklardan, qrad qurğularından atəş açılır. / ANSPress/

«ERMƏNİLƏRİN QARABAĞDA TƏLİMLƏR KEÇİRMƏSİ ARTIQ UŞAQ OYUNU TƏSİRİ BAĞIŞLAYIR»


«Hesablamış olsaq, bəlkə də ilin əvvəlindən indiyədək belə təlimlər on dəfədən artıq keçirilib. Bu, heç də döyüş hazırlığını yüksəltmək məqsədi güdmür. Onların təlimləri artıq uşaq oyunu təsiri bağışlayır.
Eldar Sabiroğlu
Başqa qiymətləndirmə ola bilməz».

Bunu «APA»ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu deyib.

E. Sabiroğlu bildirib ki, təlimlərin keçirilməsi elə bir mürəkkəb məsələdir ki, o, əvvəlcədən planlaşdırılmalı və dəqiqliklə ölçülüb-biçilməlidir:

«Bu isə kifayət qədər vaxt tələb edir. Təlim keçirmək elə də asan iş deyil ki, istədiyin zaman onu hərəkətə gətirə biləsən və istədiyin nəticəni əldə etmiş olasan. Bunun üçün bir sıra vacib amillər, xüsusilə də küllü miqdarda vəsait tələb olunur. Məlum olduğu kimi, bu gün Ermənistan ordusunda və onun işğal etdiyi Azərbaycan ərazilərində cəmləşdirdiyi hərbi qüvvələrdə belə imkanlar yoxdur... Axşam yatıb, səhər yuxudan durub təlim keçirməklə döyüş hazırlığını yüksəltmək olmur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG