Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08

Tehran hərəyə 80 dollar verir


İranın dövlət televiziyasının məlumatına görə hökumət 20 milyon ailənin bank hesablarına ümumilikdə 15 milyard dollar pul köçürüb. Dövlət telekanalı ailədə hər adama 820 000 rial (təxminən 80 dollar) verildiyini bildirir. Bu da hökumətin enerji və ərzaq mallarına yardımlarının kəsilməsi əvəzinə əhaliyə kompensasiya kimi nəzərdə tutulur.

Hökumətin həmin sahələrə subsidiyaları martın ortalarında qüvvəyə minəcək. 80 dollar da iki aylıq kompnesasiya kimi nəzərdə tutulur. Bu iki aydan sonra vətəndaşın hesabına pul köçürülməsinin davam edib-etməyəcəyi hələlik məlum deyil. Həm də vətəndaş subsidiyanın qüvvəyə mindiyi günə qədər həmin 80 dolları bank hesabından çıxara bilməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG