Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:13

Medvedev kəşfiyyat rəsmilərindən öyrənməyi tələb edir


Prezident Dmitri Medvedev bildirib ki, Rusiya kəşfiyyatı özünün yüksək rütəbli zabitinin satqınlığından nəticə çıxarmalıdır.

Noyabrın 11-də “Kommersant” qəzeti yazıb ki, ABŞ-a Rusiya kəşfiyyatçılarının siyahısını elə Rusiyanın özünün Xarici Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitlərindən biri veribmiş.

Medvedev bildirir ki, bu, ona sürpriz xəbər deyil, elə ilk günlərdən bu barədə məlumatı olub. Prezident hazırda araşdırma aparıldığını, buna görə hələlik heç kimin cəzalandırılmadığını deyib.

Bu ilin iyul ayında ABŞ-da Rusiyanın 10 kəşfiyyatçısı saxlanmışdı. Sonradan onları Rusiyanın da Qərb ölkələrinə casusluq ittihamı ilə saxladığı dörd nəfərə dəyişdilər. “Kommersant”ın yazdığına görə həmin 10 nəfərin adını ABŞ-a elə Rusiya kəşfiyyatının zabitlərindən biri veribmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG