Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:01
Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin nitqlərindən ibarət yeni kitabı oktyabrın 29-da nəşr edilib.

Amma Vətəni Kolumbiyada piratlara cəmi 4 gün lazım olub ki, kitabın üzünü çıxararaq satmağa başlasınlar.

Piratlar “Mən bura nitq söyləmək üçün gəlməmişəm” kitabını orijinaldan 4 dəfə ucuz – təxminən 4,5 dollara satırlar.

Bu barədə Markesin kitabını çap etmiş “Random house” nəşriyyatının nümayəndəsi bildirib.

Orijinal nəşrin tirajı 40 min nüsxədir.

Kitab Markesin 1944-2007-ci illər arasında etdiyi 22 nitqin mətnindən ibarətdir.

22 nitqin bir çoxu əvvəllər çap edilməyib.

Markes həyatı boyu kütləvi tədbirlərdə nitq söyləməkdən mümkün qədər yayınmağa çalışıb.

Nitqlər əsasən nüvə təhlükəsi, ekoloji fəlakətlər, Latın Amerikasında təhsilin vəziyyəti və s. mövzulara aiddir.

Kitab cəmi bir həftəyə Kolumbiyada ən çox satılan kitablar siyahısına düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG