Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:24

Avropa Birliyi İrana dekabrın 5-də görüş təklif edir


Avropa Birliyinin Xarici siyasət İdarəsinin rəhbəri Katerine Aşton İranın nüvə danışıqlarındakı nümayəndəsi Səid Cəliliyə Tehranın nüvə proqramının müzakirəsini təklif edib. Avropa Birliyində diplomatik qaynaqlardan bildiriblər ki, görüş dekabrın 5-də İsveçrədə keçirilə bilər.

Cəlili də bu həftə Aştona yazdığı məktubda müzakirəni ya noyabrın 25-də, ya dekbarın 5-də İstanbulda keçirməyi təklif edib.

Əgər görüş baş tutusa, bu, İranın son bir ildə Avropa Birliyi ilə nüvə proqramı mövzusunda ilk yüksək səviyyəli müzakirəsi olacaq.

İranın prezidenti Mahmud Əhmədinejad bugünlər bir daha qeyd edir ki, Tehran özünün nüvə texnologiyalarını inkişaf etdirmək hüququnu kimləsə müzakirə etməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG