Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:15

Lukaşenko qələbəsinə əmindir


Belorus prezidenti Aleksandr Lukaşenko dekabrda keçiriləcək prezident seçkisini də udacağına şübhə etmədiyini bildirib. Noyabrın 12-də bir qrup alman jurnalistə müshaibəsində deyib ki, seçicilərin azı 70 faizi ona səs verəcək. O, birləşmiş müxalifətin səslərin yalnız 1.5 faizi ala biləcəyini düşünür.

Lukaşenko tez-tez onun haqqında deyilən “Avropanın sonuncu diktatoru” ifadəsini rədd edib, bildirib ki, “heç vaxt diktator olmamışam və olmayacam da.”
16 ildir hakimiyyətdə olan Lukaşenko dekabrın 19-da keçiriləcək seçkidə də namizədliyini verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG