Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:14

Avropa Birliyi insan orqanı al-verçilərinin kimliyini elan etdi


Avropa Birliyinin prokuroru Kosovoda fəaliyyət göstərən bir beynəlxalq insan orqanları al-verçilərinin adlarını açıqlayıb.

Hazırkı prokuror Conatan Rate noyabrın 12-də bildirib ki, həmin təşkilatlanmış qrup Moldova, Qazaxıstan, Rusiya və Türkiyədən adamları orqanları alınmaq üçün Kosovoya gətibilər. Onun sözlərinə görə təkcə 2008-ci ildə 20 xarici ölkə vətəndaşı böyrəkləri və başqa orqanlarını götürüb satmaq vədi ilə Kosovaya aparılıb. Onlar əsasən kasıb, ya da qəfil pula ehtiyacı olan adamlar olublar.

Prokuror qrupun yeddi nəfərdən ibarət olduğunu bildirib. Onun məlumatına görə orqan al-verçiləri arasında Kosovo, Türkiyə, İsrail vətəndaşları var. Amma şübhəli kimi adı hallanan adamlardan heç biri hələlik həbsə alınmayıb.
XS
SM
MD
LG