Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

Prezidentin adından ehsan verilib


Noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından həlak olmuş hərbçilər - Milli Qəhrəman Mübariz İbrahimov və “İgidliyə görə” medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Dövlət başçısının adından təşkil olunan mərasimdə hərbçilərin valideynləri, yaxınları, qohumları, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Daxili İşlər, Müdafiə nazirliklərinin rəhbərliyi və şəxsi heyətləri, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimai-siyasi xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumatı “Media forum” saytına Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilib.

Mübariz İbrahimov bu il iyunun 18-də, Fərid Əhmədov isə sentyabrın 4-də təmas xəttinin Tərtər istiqamətində həlak olublar. Erməni tərəfi hərçilərin meyitlərini noyabrın 6-da qaytarıb. Noyabrın 7-də onlar İkinci Fəxri Xiyabanda dəfn olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG