Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:31

Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Planı təsdiq edilib


Azərbaycanın Nazirlər Kabineti “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”ı təsdiq edib.

Məlumatı Nazirlər Kabinetinin rəsmi internet səhifəsi yayıb.

Baş plan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırılmış təklifi nəzərə alınaraq təsdiq olunub.
XS
SM
MD
LG