Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:51

Qırğızıstan prezidenti hakim koalisiya yaradılmasını göstəriş verib


Qırğızıstan prezidenti Roza Otunbayeva Almazbek Atambayevin rəhbərlik etdiyi Sosial-Demokrat partiyasına hakim koalisiya yaratmağı tapşırıb.

Çərşənbə günü Qırğızıstanda yeni parlamentin ilk iclası keçirilib.

Oktyabrın 10-da ölkədə keçirilmiş sçkilərdə parlamentə 5 partiya keçsə də onlardan heç biri lazım olan səs çoxluğunu qazana bilməyib.

Millətçi Ata Yurd partiyası Parlamentdə hamıdan çox yer qazanıb.

Ondan sonra isə sosial-demokratlar gəlir.

Qeyd edək ki, Qırğızıstan prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçib.

Parlamentdəki fraksiyalardan biri koalisiya yaratmalı və 15 gün ərzində baş nazirliyə namizəd irəli süməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG