Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:33

Prezidentin bankda və iki şirkətdə payı varmış


Ukrayna prezidenti Viktor Yanukoviç
Ukrayna prezidenti Viktor Yanukoviç
Medianın təzyiqləri altında Ukrayna prezidentinin administrasiyası prezident Viktor Yanukoviçin müxtəlif müəssisələrində olan payları haqqında məlumat yayıb. Prezidentin rəsmi saytında yayılan məlumata görə Yanukoviçin “Prominvestbank” bankında və daha iki yerli şirkətdə ümumi dəyəri 6567 qriven (təxminən 660 manat) olan aksiyası var imiş. (Sənədlərin surəti ilə mətnin sonunda tanış ola bilərsiniz)

“Ukrainskaya pravda” adlı internet qəzeti bir neçə ay idi ki, bu məlumatı almaq üçün Prezident Administrasiyası ilə çəkişmədə idi. Administrasiya davamlı
Ukrayna və Azərbaycan prezidentləri Viktor Yanukoviç (solda) və İlham Əliyev (sağda), Kiyev, 28 oktyabr 2010
olaraq məlumatı verməkdən imtina etdiyindən jurnalistlər Ali Məhkəməyə müraciət edərək dövlət qulluğu və korrupsiya haqqında qanunların tələbələrinə uyğun olaraq prezidentdən sahib olduğu aksiyalar barədə məlumat verilməsini tələb edib.

Prezidentin saytında noyabrın 11-də yayılan məlumata görə Viktor Yanukoviç 1994-cü ildə Ukraynanın sığorta şirkəti olan “Qarant - Avto” şirkətinin 100 aksiyasını, 1995-ci ildə “Prominvestbank” bankının 3027 aksiyasını, 1996-cı ildə isə “Donetskavtotrans” şirkətinin 10160 aksiyasını alıb. Prezident Administrasiyası indi bu səhmlərin hamısının birlikdə ümumi dəyərinin təxminən 660 manat olduğunu bildirir. 2008-ci ilin maliyyə böhranında Yanukoviçin də paya sahib olduğu “Prominvestbank” bankının səhmlərinin çoxunu Rusiyanın “Vneşekonombank” dövlət korporasiyası alıb.

Yanukoviç məlumat verib ki, ümumi sahəsi 619 kvadratmetr olan ikiqarajlı evi var. Həmçinin xanımının da sahəsi 304 kvdarat metr olan evi var. 2008-ci ildə keçirilən seçkidə Yanukoviç ümumi əmlakının 4,858 milyon qriven (təxminən 500 min manat) miqdarında olduğunu bildirmişdi.

Yeni ortaya çıxan aksiyalarla bağlı prezident Administrasiyası bildirib ki, 2006-cı ildə deputat seçkiləri haqqında qanunun tələblərinə görə bu aksiyaların idarəedilməsi başqa bir adama verilib.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG