Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:38

İraqda əsas siyasi qüvvələrin danışıqları baş tutub


İraqda əsas siyasi qüvvələrin yeni hökumətin qurulması ilə bağlı danışıqları baş tutub.

Bununla bağlı iki əsas blokun lideri, indiki baş nazir Nuri əl-Maliki və onun rəqibi İyad Alauri məlumat verib.

Nuri əl-Maliki öz vəzifəsində qalacaq, Alaurinin bloku isə parlamentin spikeri, xarici işlər naziri və yeni Milli Şuranın rəhbərliyi vəzifələrini bölüşəcəklər.

İraqın prezidenti isə kürd azlığından olan Cəlal Tələbani olacaq.

Bu gün İraqda parlamentinin iclası da keçiriləcək.

İraqda parlament seçkiləri bu ilin martında keçirilib. Ölkədəki siyasi böhrana görə bu vaxta qədər parlament işinə başlaya bilmirdi.

XS
SM
MD
LG