Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:18
Noyabrın 11-də Səbayel rayonu ərazisində teleqüllənin yaxınlığında partlamamış döyüş sursatları aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyin məlumatına görə, nazirliyin mütəxəssisləri hadisə yerində 125mm. kalibrli 6 mərmi aşkar ediblər. Xilasedicilər hadisə yerinə toplaşmış insanları uzaqlaşdırıb, mühafizə postları yaradıblar. Ərazi çəpərlənib. Hazırda ərazidə əməliyyat davam edir.

ANAMA-nın baş direktoru Nazim İsmayılov bildirib ki, ərazidən minə qədər döyüş sursatı aşkarlanıb. Onların bəzilərinin döyüş başlığı üzərindədir. Onların içərisində müxtəlif çaplı döyüş sursatı, eyni zamanda helikopterlərdən atılan NURS tipli raketlər də var.

14 minaaxtaranlardan ibarət qrup mərmilərin götürülməsi və utilizasiyası işinə başlayıb.

Teleqüllənin yanında bu sayda döyüş sursatının nə zaman və necə basdırılması haqda məlumat yoxdur. Bu, Bakı ərazisində aşkar edilmiş ən böyük sayda hərbi sursatdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG