Keçid linkləri

Təcili xəbərlər

Müxalifət üçün siyasət bitdimi?


Məşhur demokratiya nəzəriyyəçilərindən biri Karl Popper yazırdı ki, hələ heç kimə siyasi partiyalarsız demokratiya qurmaq nəsib olmayıb. Doğrudan da, siyasi partiyalar nə üçün lazımdır? Siyasi partiyalar insanlara seçim imkanı verir, onların köməyilə insanlar siyasətdə bəyəndikləri vektorlara, istiqamət və təmayüllərə münasibət bildirir, siyasi mühitin bu və ya digər komponentini seçirlər. Bu ölkənin hakimiyyəti Popperin və ya digər bir filosofun rəyinə elə bir ehtiyac duymur, onlar daim azadlıqdan çəkinən, həmişə azadlığa əvəz və alternativ axtaran, bütün proseslərə bir qayda olaraq geopolitikanın sərt prizmasından baxan rus filosofları Duqinin və digərlərinin «reseptlər»inə və «tövsiyə»lərinə üstünlük verirlər. Təsadüfi deyil ki, seçki günü və bundan bir qədər sonra MDB-dən olan müşahidəçilərə gen –bol efir vaxtı verilmişdi. Öz ölkələrində normal seçki görməyən bu insanlar təriflərə o qədər aludə olmuşdular ki, hətta biri qayıtdı ki, Qərb dövlətləri, özlərini azad hesab edən ölkələr demokratik seçki keçirməyi Azərbaycandan öyrənməlidir! Doğrudan da, insan reallıq hissini itirəndə nə desən deyə bilər, nə desən edər, çünki o, ölçüləri, meyarları unudur. Tele-debatların birində namizədlərdən biri ölkə üçün «Yaltaqlığın qadağan olunması haqqında» qanunun qəbul edilməsinin zəruriliyindən danışırdı. Bu baxımdan normal adam MDB müşahidəçisinin sözlərini ya yaltaqlıq, ya da zarafat kimi qəbul edər, normal jurnalist isə bu sözləri efirə verməzdi. Amma bu ölkədə ən ucuz yaltaqlıq belə ciddi qəbul edilir və hətta stimullaşdırılır.
Bəzi proqnozlara görə, bundan sonra müxalifət öz qəzetlərini qoruyub saxlaya bilsə, bunun özü böyük işdir. Bəlkə də, belədir. Amma vaxt var idi ki, müxalifət tək bir qəzetlə diktaturaya qarşı duruş gətirə bilirdi. Özü də bu, çox da uzaq keçmişdə olmayıb. Görən, indi nə olub?

Belə bir ölkəyə Avropa dəyərlərinə üstünlük verən, siyasi müstəqillik nümayiş etdirən müxalifət lazımdırmı? 1993-cü ildə bir türk jurnalisti H. Əliyevdən soruşdu ki, demokratiya bitdimi? H. Əliyevin təxmini cavabı bu oldu ki, demokratiya hələ bundan sonra olacaq! Budurmu demokratiya? İndi bəziləri elə bir vəziyyətə gəliblər ki, hətta H. Əliyev dövrü üçün nostalji keçirir və İlham Əliyevin onun yolundan kənarlaşdığını bildirirlər, amma yol elə həmin yoldur – saxtalaşdırılmış seçkilər, üzücü məhkəmələr, həbslər! 1995 –ji il və ilk parlament seçkisi – Müsavatdan heç kim, AXCP- dən isə iki nəfər mandat aldı! 2000-ci il – Müsavatdan bir nəfər, AXCP-dən isə yenə də 4 nəfər mandat aldı! 2005-ci il – Müsavatdan 3 nəfər mandat aldı, AXCP-dən isə heç kimə bu müyəssər olmadı! Nəhayət, 2010 –cu il – nə Müsavat, nə də AXCP mandat ala bilmədi! Budur, siyasi ardıcıllıq və siyasi varislik, bəli, yol elə həmin yoldur...

NƏSƏ DƏYİŞİBMİ?


Ötən illərə qısa nəzər salanda görürsən ki, heç nə dəyişməyib – müxalifətçi deputatlar parlamentin zalında həmişə çox seyrək görünüblər. Əslində bu gün parlamentdə olmaq elə bir siyasi divident gətirmir – bəli, söndürülmüş mikrofonu döyəcləmək, sıralar arasında gəzişmək, əl – qolunu yelləyərək nə isə demək elə bir maraq və diqqət oyatmır. Deputatların qibtə ediləsi bir üstünlüyü varsa da, o da onların imtiyazlarıdır – mənzil, maşın, maaş və bir də təqaüd, daha heç nə yoxdur, Prezident Administrasiyasında adi referent işləyənlər belə onlardan daha mühüm və daha vacib işlərlə məşğuldurlar.

BİR QƏZETLƏ AVTORİTARİZMƏ QARŞI


Müxalifətin öz təcrübəsi gələcək üçün müəyyən nəticələr çıxarmağa imkan verir. Düzdür, bədbin proqnozlar da var. Bəzi proqnozlara görə, bundan sonra müxalifət öz qəzetlərini qoruyub saxlaya bilsə, bunun özü böyük işdir. Bəlkə də, belədir. Amma vaxt var idi ki, müxalifət tək bir qəzetlə diktaturaya qarşı duruş gətirə bilirdi. Özü də bu, çox da uzaq keçmişdə olmayıb. Görən, indi nə olub?

HANSI PARTİYALAR MALİYYƏLƏŞDİRİLƏCƏK?


Bəzi mülahizələrə görə, heç bir siyasi blokun qeydiyyata alınmaması və bir də əsas blokun parlamentə buraxılmaması həm də onunla bağlıdır ki, yaxın vaxtlarda partiyaları dövlət tərəfindən maliyyələşdirmək məsələsi gündəliyə gələcək. Həmin vaxt, təbii ki, parlamentdə təmsil olunan partiyalara üstünlük veriləcək. Bununla bağlı nə demək olar? Düzdür, bu söhbətlər çoxdan gedir, amma hələ ki ciddi bir cəhd müşahidə olunmur, amma istisna deyil ki, bu məsələ də gündəliyə gəlsin, çünki artıq QHT-lər, KİV-lər maliyyələşdirilir və ola bilsin, partiyalar da nə vaxtsa bu sıraya qatılsın, belə bir perspektiv hakimiyyət üçün həm də bəzi partiyaları tam özününküləşdirmək baxımından da şirnikləndirici görünə bilər. Rusların bir məsəlində deyildiyi kimi: şeytan nə ilə zarafat etmir ki?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG