Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:56

Prezidentə məktub yetişmədi


Noyabrın 11-də prezident İlham Əliyev Horadiz şəhərində səfərdə olarkən ona məktub çatdırmaq istəyən İlham Kərimov, ailəsi və 10 aylıq nəvəsi ilə birlikdə saxlanaraq polis şöbəsinə aparılıb.

Bu barədə həmin şəxsin özü AzadlıqRadiosuna məlumat verib:

“PALTARIM DA ƏYNİMDƏN CIRILDI ÇIXDI”


“Prezidentimizə məktub çatdırmaq istəyirdik ki, 11 aydır bizim uşaq şərlə həbsdə saxlanılır. Məktubu prezidentin ətrafındakı adamlara vermək istəyirdim. Ona da imkan vermədilər, saxladılar, məktubu da əlimdən aldılar, aparıb bizi saldılar şöbəyə. Süpürləşmə oldu, çənəmdə bir az cırıq oldu, paltarım da əynimdən cırıldı çıxdı. Saxlananlar mən idim, yoldaşım, oğlumun yoldaşı və onun az yaşlı - 10 aylıq körpəsi”.

İ. Kərimov Füzuli Rayon Polis Şöbəsinə aparılma səbəbini bilmədiyini, yalnız prezident gedəndən sonra sərbəst buraxıldıqlarını bildirib:

“Vəkilim deyəsən Daxili İşlər Nazirliyinə məlumat verdi, ordan rəisə dedilər, buraxdılar. Məktubu rəis əlimdən aldı söz verdi ki, mən özüm çatdıracağam”.

Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədov AzadlıqRadiosuna prezidentin səfəri zamanı belə bir insidentin baş verdiyini təsdiqlədi və məktubu “prezidentin şəxsi mühafizəsində məktub yığanlara” çatdırdığını dedi. Füzuli sakinin ailə üzvləri ilə birgə saxlanma səbəbinə gəlincə polis rəisi bunları dedi:

“MƏN BAŞIMLA CAVABDEHƏM”


“Biz prezidentin mühafizəsini təşkil etmişik. Mən başımla cavabdehəm, mən ora kənar şəxsləri buraxa bilmərəm axı. Mühafizəni yarıb keçir, istər-istəməz kənar şəxslər saxlanılıb, sonra da buraxılıb gedib. Prezident şəxsi adamları qəbul etmir ki. O gəlib obyektlərin açılışı ilə bağlı. Vətəndaşların qəbulu ilə bağlı gəlmiş olsaydı təbii ki, biz də deyərdik vətəndaş getsin müraciət etsin”.

Füzuli sakini isə əvvəllər dəfələrlə prezidentə, baş prokurora çoxsaylı teleqram göndərdiyini ancaq müvafiq strukturlardan heç bir cavab almadığını deyib:

“Oğlumu 82 yaşlı bir kişinin ölümü ilə əlaqədar şərləyiblər. Bilirəm ki, göndərdiyim teleqramlar gedib çatmır. Mən də istəyirdim ki, özüm əlimlə verim, ona da imkan vermədilər. Məktub prezidentin əlinə çatsa, ona oxusa oğlum çölə çıxmalıdır. Amma çıxsa...”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG