Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

Ali Məhkəmənin Plenumunda Eynulla Fətullayevin işinə baxılacaq


Bu gün Ali Məhkəmənin Plenumunda Avropa İnsan Haqları Məhkəməsinin həbsdə olan jurnalist Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsi haqqında qərarına baxacaq. İşə saat 3-də baxılacaq.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmədə, milli, irqi və dini ədavətin qızışdırılmasında və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.

Bu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi jurnalistin barəsində çıxarılmış hökmləri əsassız sayıb və onun dərhal azadlığa buraxılmasını tələb edib. Azərbaycan hakimiyyəti isə Avropa Məhkəməsinin Böyük Palatasına apelyasiya verib. Oktyabrın 4-də Böyük Palata təkrar Eynulla Fətullayevin azad edilməsini haqqında qərar çıxarıb.

2009-cu il dekabrın 29-da 12 saylı cəzaçəkmə müəssisəsində isə Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Buna görə o, 2 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist bildirir ki, həbsdən azad edilməsinə imkan verməmək üçün narkotik maddə onun üzərinə qəsdən qoyulub.

XS
SM
MD
LG