Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:29

Hücum və partlayışlarda 16 adam ölüb


Taliban Əfqanıstanın Host əyalətindəki bazarda törədilmiş partlayışa görə cavabdehliyi üzərinə götürüb.

Həmin partlayışda bir Əfqanıstan əsgəri və bir polis ölüb.

Həmçinin çərşənbə gününə keçən gecə Uruzqan əyalətində hərbi məntəqəyə edilmiş hücumda 7 polis ölüb.

Elə həmin gün Kunduz əyalətində törədilmiş hücumda isə 4 polis öldürülüb.

Həmçinin NATO komandanlığı ölkənin cənub-şərqində törədilmiş partlayış və hücumda 3 əsgər itridiyini xəbər verir.

Bu arada isə Calalabadda təzəcə açılmış musiqi mağazasında partlayış törədildiyi, 10 dinc sakin yaralandığı xəbər verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG