Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:33

Prezident deputatları yeni hökumət yaratmağa çağırıb


Qırğızıstan prezidenti Roza Otunbayeva deputatları tezliklə hökumət yaratmağa çağırıb.

Qeyd edək ki, Qırğızıstanda parlament üsul-idarəsi tətbiq olunub və ötən ay yeni parlamentə seçkilər keçirilsə də hələlik yeni hökumət yaradılmayıb.

Parlamentə 5 partiya keçsə də onlardan heç biri lazım olan səs çoxluğunu yığa bilməyib.

Roza Otunbayeva bu gün parlamentin ilk iclasında deputatları şəxsi və siyasi ambisiyaları kənara qoyub noyabrın 27-dək yeni hökumət yaratmağa çağırıb.

Bu gün Parlament binasının qarşısında devrilmiş prezident Kurmanbek Bakiyevə yaxın olan Ata Yurd partiyasına qarşı nümayiş keçirilib.

Bu partiya parlamentdə hamıdan çox yer qazanıb.

Parlamentin növbəti iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.
XS
SM
MD
LG