Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:09

Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının müzakirəsi gözlənir


Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması müzakirə oluna bilər.

APA-nın Rusiya televiziyasına istinadla verdiyi məlumata görə, bunu Moskvada Xəzəryanı regionun gələcəyinə həsr olunmuş görüşdə politoloqlar deyiblər.

Ekspertlər hesab edirlər ki, Xəzəryanı region neft və qazla zəngin olduğundan və hər il təbii resurslara ehtiyac artdığından, Azərbaycan, Rusiya, İran,

Qazaxıstan və Türkmənistan mümkün münaqişələrdən qaçmaq üçün birgə fəaliyyət göstərməlidir.

Xəzər Əməkdaşlığı İnstitutunun rəhbəri Sergey Mixeyev deyib ki, region ölkələri problemləri təklikdə həll etməyə cəhd göstərsələr, çətinliklə üzləşəcəklər və

XXI əsrin tendensiyası çox güman ki, bu ölkələrin regional inteqrasiyası olacaq.

Xatırladaq ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti noyabrın 18-də Bakıda keçiriləcək.
XS
SM
MD
LG