Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:15

Bir qrup jurnalistə fəxri ad və mükafat təqdim olunub


Milli Mətbuat Gününün 135 illiyi münasibətilə Azərbaycan prezidentinin təltif etdiyi bir qrup jurnalistə noyabrın 10-da fəxri ad və mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkə mətbuatının keçdiyi yola nəzər salaraq deyib ki, ötən müddətdə mətbuatla bağlı bir sıra problemlər də ortaya çıxıb. Bu sıraya hətta jurnalistin qətlə yetirilməsinin də aid olduğunu deyən Ə. Həsənov 1991-ci illə müqayisədə, Azərbaycanda mətbuatının böyük inkişafa nail olduğunu vurğulayıb.

“Jurnalistlər ən prinsipial, ən əxlaqlı şəxslər olmalıdırlar ki, onların dediyi cəmiyyət tərəfindən qəbul olunsun” – deyə, Ə. Həsənov bildirib.

Ə. Həsənov deyib ki, jurnalistlərə fəxri adların verilməsi və digər məsələlərlə bağlı sərəncamların davamı olacaq. O bu sərəncamlar verilərkən mövqeyindən asılı olmayaraq, müxtəlif mövqelərdə olan jurnalistlərin nəzərə alınacağını da bildirib. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG