Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

17 nəfər Holokost qurbanları üçün ayrılan pulları oğurlamaqda təqsirli bilinir


ABŞ-da 17 nəfər Holokost qurbanları üçün ayrılan pulların oğurlanmasında ittiham olunur. 42 milyon dolların xeyriyyə fondundan oğurlandığı bildirilir.

Noyabrın 9-da Nyu-York şəhər prokurorluğu bildirib ki, şübhəlilər arasında «Almaniyaya maliyyə iddiaları üzrə konferensiya» fondunun 6 əməkdaşı da var.

İstintaqın bildirdiyinə görə, şübhəlilər fonda saxta müraciətlər göndərməklə maliyyə yardımı edilməsini xahiş edirmiş.

Bu şəxslərin çoxunu 20 ilə qədər həbs cəzası gözləyir.

İkinci Dünya Müharibəsi vaxtı nasistlər 6 milyona qədər yəhudini qətlə yetiriblər.
XS
SM
MD
LG