Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 03:13

Müxalifət partiyaları parlament seçkilərinin nəticələrini müzakirə edəcək


Noyabrın 10-da AXCP-Müsavat blokunun, Demokratiya Uğrunda İttifaqın, AMİP və bəzi başqa siyasi təşkilatların rəhbərləri Müsavat partiyasının qərargahında toplaşıb parlament seçkilərinin nəticələrindən danışacaqlar.

Müsavat partiyası icra aparatını rəhbəri Arif Hacılı AzadlıqRadiosunna bildirib ki, toplantıda əsas məqsəd yaranmış vəziyyəti müzakirə edib Azərbaycanın demokratik qüvvələrinin birgə fəaliyyətinə nail olmaqdır.

Bəzi siyasi bloklar və partiyalar hesab edirlər ki, noyabrın 7-də keçirilən parlament seçkilərində kütləvi saxtakarlıq baş verib. Onlar hakimiyyətdən və beynəlxalq təşkilatlardan seçkilərin nəticələrinin ləğv olunmasını tələb edirlər.
XS
SM
MD
LG