Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:12

R.Morninqstar: «ABŞ-Azərbaycan münasibətləri təkamülün birləşməsidir»


ABŞ və Azərbaycan arasındakı münasibətləri varislik və təkamülün birləşməsi kimi xarakterizə etmək olar. Bu barədə ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar noyabrın 9-da Vaşinqtonda «Amerika-Azərbaycan münasibətləri: «strateji tərəfdaşlığ»ın vəziyyəti» mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Morninqstar Azərbaycanla Bakı-Ceyhan neft kəməri üzrə işləri xatırladaraq deyib ki, «Obama administrasiyasının Azərbaycanla uzun tarixə malik xoş qarşılıqlı münasibətlərin səviyyəsini aşağı salmaq niyyəti olmayıb».

Onun sözlərinə görə, Azərbaycan enerji və bir çox ikitərəfli və çoxtərəfli məsələlər üçün mərkəzi ölkə olaraq qalır.
«ABŞ administrasiyasının siyasəti həmişə Xəzər və Mərkəzi Asiya regionunda enerji təchizatı mənbələri və yollarının şaxələndirilməsinə nail olmaq olub», - o, deyib.

«Şaxələnmə, müxtəliflik təhlükəsizlik yaradır», - xüsusi nümayəndə vurğulayıb.

Onun sözlərinə görə, ABŞ təbii qazın Avropaya nəqli üçün yeni Cənub dəhlizinin açılışını dəstəkləyir. «Enerji resurslarının alınması perspektivləri bu yolda daha çox ümidverici hesab olunur», - Morninqstar deyib.

«İraq hökumətinin yaradılması ilə tərəqqiyə nail olduqdan sonra oradan da Cənub dəhlizinə qaz tədarük etmək olar», - Morninqstar bunun İraqa mühüm faydalar gətirəcəyini vurğulayaraq bildirib.

Ceymstaun Fondu və Mərkəzi Asiya-Qafqaz İnstitutunun təşkilatçılığı ilə “Tərəfdaşlığın vəziyyəti” mövzusunda Beynəlxalq Sülh Naminə Karnegi Fondunda keçirilən konfransda ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar, ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bjezinski, amerikalı analitiklər, azərbaycanlı ekspertlər, o cümlədən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev iştirak ediblər. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG