Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

Obama: «İslam dünyası ilə münasibətlər narahatedici olaraq qalır»


Birləşmiş Ştatlarla İslam dünyası arasında münasibətlər müəyyən irəliləyişlərə baxmayaraq narahatedici olaraq qalır.

Noyabrın 10-da Cakartada İndoneziya Universitetində çıxış edən ABŞ prezidenti Barak Obama belə deyib və bütün tərəfləri «şübhə və inamsızlığı» kənara qoyaraq ekstremizmə qarşı vahid cəbhə qurmağa çağırıb:

«Müəyyən tərəqqi əldə etsək də hələ görüləsi iş çoxdur. Amerikada, İndoneziyada və dünyada hələ də günahsiz insanlar ekstremizmin zorakılığına məruz qalır. Mən birmənalı şəkildə dedim ki, Amerika heç vaxt İslamla müharibədə olmayıb və olmayacaq. Biz gərək Əl-Qaidə və onun tərəfdaşlarına qarşı birgə mübarizə aparaq. Onların özlərini hər hansı təriqətin, xüsusilə də böyük dünya dini olan İslamın liderləri adlandırmağa haqqı çatmır. Kim ki, quruculuqla məşğul olmaq istəyir, məqsədi dağıtmaq olan terrorizmə zəmin yaratmamalıdır. Bu işi görmək təklikdə Amerikanın vəzifəsi deyil».

Obama bildirib ki, Yaxın Şərq sülh prosesi də «böyük maneələrlə» üzləşməkdə davam edir. Ancaq ABŞ İsraillə sülh və təhlükəsizlikdə yaşayacaq Fələstin dövlətinin yaradılması üçün əlindən gələni edəcək.

Bu gün Obama Cakartada yerləşən Cənubi Asiyanın ən böyük məscidi - İstiqlal Məscidini ziyarət edib.

Obamanın İndoneziyaya səfəri bu axşam başa çatır və o, Cənubi Koreyaya böyük 20-liyin iqtisadi sammitinə yollanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG