Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:51

Buş da kitab yazdı


İki il əvvəl Ağ Evi tərk edəndən bəri gözə görünməyən, Texas ştatındakı evində sakit həyat sürən ABŞ-ın keçmiş prezidenti Corc Buş yenidən media başlıqlarına çıxıb.

Noyabrın 9-da onun “Qərar anları” ("Decision points") adlı kitabı təqdim edilib.

500 səhifəlik bu qalın kitabda Buşun prezidentliyi dövründə qəbul etdiyi 14 böyük qərarın sonrakı nəticələrindən bəhs olunur.

NBC telekanalına müsahibəsində keçmiş prezident bildirib ki, hər dəfə İraqda kütləvi qırğın silahı tapılmaması yadına düşəndə özünü pis hiss edir.

İraqın bu cür silahının olması barədə məlumatlar 2003-cü ildə həmin ölkəyə hərbi müdaxilənin ən əsas səbəbi kimi izah edilmişdi.

NBC telekanalının “buna görə üzr istəyəcəksinizmi?” sualına Corc Buş “yox” cavabını verib:

"Yəni üzr istəmək qərarın səhv olması deməkdir və əminəm ki, bu səhv qərar deyildi".

Corc Buş bildirir ki, bu müharibə dünyanı Səddam Hüseyndən xilas etmək və 25 milyon iraqlıya azadlıq qapısını açmaq üçün idi.

Keçmiş prezident həmçinin terrorizmdə şübhəli bilinənlərin sərt üsullarla, o cümlədən əli bağlı halda üstlərinə soyuq su tökülməsi, boğulma kimi yollarla dinsidirlməsini müdafiə edib.

O bildirib ki, bunlar planlaşdırılan yeni terror əməllərinin qarşısının alınması üçün lazım olub:

- Mən bizim komanda üzvlərindən soruşurdum ki, bu üsullar qanunidirmi? Deyirdilər “bəli, qanunidir”.

Mən də deyirdim ki, onda həmin üsullardan istifadə edin. Sizə deməliyəm ki, bu üsullar insanların həyatını xilas edib.

Kitabda həmçinin Buşun göstərişi ilə Pentaqonun İranın nüvə obyektlərinə hərbi zərbələr endirmək planı hazırladığı təsdiqlənib.

Corc Buş bildirir ki, onun məsləhətçilərinin bəziləri bu hücumun İran müxalifətini gücləndirəcəyini, bəziləri isə əksinə İran millətçiliyini gücləndirəcəyini deyiblər.

Naşirlət Corc Buşun bu kitabının yaxşı satılacağını gözləyirlər.

Kitab ilkin olaraq 1.5 milyon nüsxə ilə çap edilib.
XS
SM
MD
LG