Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:54

Nobel mükafatlı yazıçının pyesi qalmaqal yaratdı


Elfriede Jelinek
Elfriede Jelinek
Provokasiya - tanınmış Avstriya yazıçısı Elfrida Yelinekin yaradıcılığına xas cəhətlərdən sayılır.

Amma bu günlərdə Almaniyanın Düsseldorf şəhərində baş verən hadisə göstərir ki, Holokost və hannibalizm temalarını sintez edib pyes yazmaq hətta Nobel mükafatlı yazar üçün yaxşı ideya olmaya bilər.

Yelinekin "Rechnitz" pyesi Almaniyanın Düsseldorf şəhərinin teatrında göstərilərkən tamaşaçıların bir hissəsi etiraz əlaməti olaraq zalı tərk edib. .

Pyesdə müxtəlif zamanlarda baş vermiş hadisələr "qovuşdurulur".

Hitleri hakimiyyətə gətirmiş iri sənayeçilərdən birinin - Thyssen-in varisi olan qadın 1945-ci ilin mayında - yəni artıq Hitler Almaniyası məğlub olan zaman məclis təşkil edir.

Onun qonaqları isə nasistlər tərəfindən qətlə yetirilmiş 180 yəhudidir.

Həmin yəhudilər ki, onların meyitləri 30 il sonra təsadüfən Avstriya-Macarıstan sərhədində tapılacaqdı.

Pyesin qalmaqal yaratmasının səbəbi Yelinekin əsərdəki məclisi necə bitirməsi ilə bağlıdır.

Əsər 2001-ci ildə öldürdüyü şəxsi yeməklə "dünyaya səs salmış" alman hannibal Armin Meiwes-in İnternet çatlaşmasından bir dioloqla bitir.

Düsseldorf teatrının rejissoru Hermann Schmidt-Rahmer əsərin finalı ilə bağlı etirazları qəbul etmir. O deyir ki, bu, Yelinekin əsərləri üçün tipik olan bir bənqətmədir.
"Bizə öyrədiblər ki, yəhudilərə qarşı soyqırını bir inzibati akt olub.

Amma Yelinekin bizə anlatdığı odur ki, soyqırımı törədənlər onları sözün hərfi mənasında yeməsələr də, bir ekstaz, dəlilik halında - qədim yunanların şərab, mərasim allahı Dionissayağı bir ovqatda məhv ediblər".

Hannibalizmlə bağlı detal bu mənada əsərin sonuna şüurlu şəkildə daxil edilib".

Rejissorun fikrincə, "bu bir həyəcan təbilidir ki, provakasiya yolu ilə ifadə edilib".

Amma tamaşaçıların çoxu bunu rejissorun dediyi həyəcan təbilindən daha çox provakasiya kimi qavrayıb,

Narazıları sakitləşdirmək üçün teatr rejissorlar, aktyorlar və tamaşılar arasında məsələ ilə bağlı dioloq təşkil etməyə məcbur olub.
XS
SM
MD
LG